Soyadın dəyişdirilməsi üçün elektron müraciət

Vətəndaşlar soyad, ad və ya ata adını dəyişdirmək üçün artıq onlayn müraciət edə bilərlər. Xidmət vasitəsilə sənədlərinizi Ədliyyə Nazirliyinə uyğun formada elektron şəkildə təqdim etmək mümkündür.

e-erize.az platforması müraciətin düzgün hüquqi formada hazırlanmasını, qeydiyyat orqanına yönləndirilməyə hazır vəziyyətə gətirilməsini təmin edir.

Bu xidmət soyadın sonluğunun dəyişdirilməsi hallarını əhatə edir. Müraciətiniz qəbul olunduqdan sonra sizə məlumat veriləcəkdir.

Telefon:

+994 10 510 04 51

E-poçt:

info@e-erize.az

Tez-tez verilən suallar

Soyad dəyişikliyi nədir və hansı hallarda mümkündür?

Soyad dəyişikliyi — vətəndaşın şəxsi məlumatlarında (soyad, ad, ata adı) dəyişiklik aparılması barədə Ədliyyə Nazirliyinə edilən rəsmi müraciətdir.
Bu, əsasən ailə vəziyyətinin dəyişməsi, soyad sonluğunun milliləşdirilməsi, qızlıq soyadına qayıtmaq və ya fərdi istəklə şəxsiyyət məlumatlarının yenilənməsi hallarında mümkündür.

Müraciət göndərildikdən sonra vətəndaşla necə əlaqə saxlanılır?

Ərizə qeydiyyata alındıqdan sonra vətəndaşla göstərilən əlaqə vasitələri (telefon və ya e-poçt) üzərindən əlaqə saxlanılır.
Məlumatlar dəqiqləşdirildikdən sonra sənədin yekun variantı təsdiqlənir və Ədliyyə Nazirliyinə təqdim edilir.

Elektron müraciət necə həyata keçirilir?

Vətəndaş e-erize.az platformasında müvafiq formu doldurur, şəxsiyyət və qeydiyyat məlumatlarını daxil edir və müraciəti elektron qaydada göndərir.
Sistem məlumatları yoxlayaraq ərizəni Ədliyyə Nazirliyinə uyğun formada hazırlayır.

Hər bir vətəndaşın dövlət qurumlarına müraciət imkanları sadə, sürətli və əlçatan olmalıdır. Elektron platformaların yaradılması bu istiqamətdə mühüm addımdır.

- İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti