Vəsatətlərin yazılması və təqdim edilməsi üçün elektron müraciət

e-erize.az platforması vasitəsilə Siz məhkəmə icraatına uyğun formada, qanunvericiliyin tələblərinə əsaslanan vəsatət ərizəsi hazırlaya bilərsiniz. Xidmət çərçivəsində ərizənin forması, məzmunu, dəlillərin hüquqi əsaslandırılması və təqdimat qaydası peşəkar hüquqşünaslar tərəfindən yoxlanılır.

VƏSATƏT YAZMAQ

Vəsatət yazmaqla bağlı tez-tez verilən suallar

  1. Vəsatət nədir və nə üçün verilir?

    Vəsatət – məhkəmədən konkret hüquqi hərəkətin yerinə yetirilməsini və ya prosessual qərarın qəbul edilməsini xahiş edən rəsmi müraciətdir. Məsələn, sənədin tələb olunması, ekspertiza təyin edilməsi və s.

  2. Vəsatət kim tərəfindən verilə bilər?

    Vəsatəti tərəflər, onların nümayəndələri və ya müdafiəçilər verə bilər. Bu, prosessual hüquq kimi yalnız işdə iştirak edən şəxslərə aiddir.

  3. Vəsatət necə tərtib olunur?

    Vəsatətdə işin nömrəsi, tərəflərin məlumatları, vəsatətin məqsədi, hüquqi əsasları və arqumentlər qeyd edilməlidir. Vəsatət rəsmi üslubda və qanunvericiliyə uyğun şəkildə tərtib edilir.

  4. Məhkəmə vəsatəti qəbul etməyə bilərmi?

    Bəli, əgər vəsatət əsassız hesab edilərsə və ya qanunla nəzərdə tutulmayan məsələyə aiddirsə, məhkəmə onu qəbul etməyə bilər.