Müqavilələrin yazılması və rəsmiləşdirilməsi üçün onlayn xidmət
e-erize.az platforması vasitəsilə istənilən növ müqavilələrin – alqı-satqı, icarə, əmək, xidmət, podrat və digər müqavilələrin etibarlı formada hazırlanması mümkündür. Siz sadəcə şəxsi məlumatlarınızı və müqavilənin şərtlərini daxil edir, qalan hüquqi rəsmiləşdirməni biz sizin üçün təmin edirik.
Müqavilə haqqında
Müqavilə – tərəflər arasında hüquqi münasibətlərin əsasını təşkil edən, onların hüquq və öhdəliklərini müəyyən edən rəsmi sənəddir. Müqavilələrin düzgün və qanunvericiliyə uyğun şəkildə tərtib olunması sonradan yaranacaq mübahisələrin və hüquqi risklərin qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır.
-
Müraciətiniz qəbul edildikdən sonra qısa müddət ərzində hüquqi baxımdan əsaslandırılmış və tam işlək müqavilə forması tərəfinizə təqdim olunur.
Müqavilə yazmaqla bağlı tez-tez verilən suallar
e-erize.az
Müqavilə – iki və ya daha çox tərəf arasında müəyyən hüquq və öhdəlikləri təsbit edən yazılı razılaşmadır. O, tərəflərin münasibətlərini hüquqi müstəviyə daşıyır və gələcəkdə yaranacaq mübahisələr zamanı əsas sübut rolunu oynayır.
Müqavilə, tərəflər arasında əqdin etibarlılığını təmin etmək, tərəflərin maraqlarını qorumaq və hüquqi məsuliyyətləri dəqiq müəyyənləşdirmək üçün tələb olunur. Alqı-satqı, icarə, əmək münasibətləri, xidmət göstərilməsi və digər hüquqi münasibətlərdə mütləq şəkildə müqavilə bağlanmalıdır.
Bəzi müqavilələr yalnız notarius tərəfindən təsdiq edildikdə hüquqi qüvvəyə minir. Məsələn, daşınmaz əmlakın alqı-satqısı, hədiyyə edilməsi, aliment razılaşmaları və digər qanunla nəzərdə tutulmuş müqavilələr mütləq notarial qaydada təsdiqlənməlidir.
Müqavilənin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Bəzi müqavilələr qısa müddətli, bəziləri isə uzunmüddətli və ya müddətsiz ola bilər. Əgər müqavilədə müddət göstərilməyibsə, qanunvericiliyə əsasən münasibətlərin xarakterinə uyğun olaraq qüvvədə sayılır.
Müqavilə yazılarkən tərəflərin şəxsi məlumatları, müqavilənin predmeti, tərəflərin hüquq və öhdəlikləri, müddət, məsuliyyət və mübahisələrin həlli qaydaları dəqiq göstərilməlidir. Qanunvericiliyə uyğun və etibarlı müqavilə hazırlamaq üçün hüquqi dəstək almaq tövsiyə olunur.
Müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib olunaraq tərəflərin imzalandığı andan hüquqi qüvvə qazanır. Bəzi hallarda notarial qaydada təsdiq və ya dövlət qeydiyyatı da tələb olunur.
Şifahi razılaşmalar bəzi hallarda keçərli sayılsa da, hüquqi mübahisə yarandıqda sübut etmək çətin olur. Yazılı müqavilə tərəflərin maraqlarını qoruyur və mübahisə zamanı əsas hüquqi sənəd rolunu oynayır.
Bəli, tərəflərin razılığı ilə müqavilənin şərtlərinə dəyişiklik və əlavələr edilə bilər. Bunun üçün əlavə saziş (əlavə müqavilə) tərtib olunmalı və tərəflər tərəfindən imzalanmalıdır.
