Apellyasiya şikayətlərinin yazılması və təqdim edilməsi üçün elektron müraciət
e-erize.az platforması vasitəsilə Siz apellyasiya şikayətini mövcud qanunvericiliyə uyğun, əsaslandırılmış və düzgün formada elektron qaydada hazırlaya bilərsiniz. Müraciət formunu doldurarkən şəxsi məlumatlarınızı, məhkəmə qərarının rekvizitlərini və şikayətin əsas səbəblərini qeyd edin. Məlumatlarınız hüquqi əsaslarla yoxlanılaraq, apellyasiya şikayətinizin yekun forması hazırlanacaqdır.
e-erize.az
Apellyasiya şikayəti haqqında
Apellyasiya şikayəti – məhkəmənin çıxardığı qərardan narazı qaldıqda, həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün yuxarı instansiya məhkəməsinə ünvanlanan rəsmi müraciətdir.
Apellyasiya şikayəti vətəndaşın hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə, mövcud məhkəmə qərarının ədalət və qanunauyğunluq baxımından yenidən araşdırılmasını təmin edir.
Apellyasiya şikayəti ilə bağlı tez-tez verilən suallar
e-erize.az
Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qərarından narazı olan tərəfin həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün məhkəməyə verdiyi rəsmi müraciətdir.
Apellyasiya şikayəti məhkəmə işində tərəf kimi iştirak edən şəxs, onun nümayəndəsi və ya müdafiəçisi tərəfindən verilə bilər.
Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:
– rayon (şəhər) məhkəmələrinin qətnamələrindən – yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına;
– kommersiya məhkəmələrinin qətnamələrindən – yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına;
– Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına.
Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.
Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:
– apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
– apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;
– apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;
– apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
– apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;
– “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə MPM-in 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.
Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Şikayətdə işin nömrəsi, tərəflərin ad və ünvanları, qərarın tarixi, dəyişdirilməsini tələb etdiyiniz hissələr və əsaslandırılmış hüquqi arqumentlər qeyd edilməlidir.
Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
